Ukraynadan təxliyə edilən Türkiyə vətəndaşları Buxarestə çatdılar

Ukraynanın hava sahəsinin bağlanması səbəbiylə Xarici İşlər Nazirliyinin quru yolu ilə təxliyyə planı çərçivəsində fevralın 28-də yola çıxan avtobuslar 2000 Türkiyə vətəndaşını Rumıniyanın paytaxtı Buxarestə çatdırıb.

1788631
Ukraynadan təxliyə edilən Türkiyə vətəndaşları Buxarestə çatdılar

Ukraynanın hava sahəsinin bağlanması səbəbiylə Türkiyə Xarici İşlər Nazirliyinin quru yolu ilə təxliyyə planı çərçivəsində fevralın 28-də yola çıxan avtobuslar 2000 Türkiyə vətəndaşını Rumıniyanın paytaxtı Buxarestə çatdırıb.

Türkiyənin Buxarestdəki səfirliyi və bu ölkədə yaşayan iş adamlarının dəstəyi ilə müvəqqəti sığınacağa çevrilən Buxarest Romexpo Sərgi Mərkəzi vətəndaşlara yemək verilib, ehtiyacları ödənilib.

Sığınacağı ziyarət edən Türkiyənin Buxarestdəki səfiri Füsun Aramaz 2000-ə yaxın vətəndaş üçün müvəqqəti şərait yaradıldığını, Kiyevdən qatarla gələn vətəndaşların isə qatardan düşərək Türkiyədən göndərilən avtobuslarla Rumıniya sərhədinə aparıldığını bildirib. 

F.Aramaz vətəndaşların sərhəddə səfirlik rəsmiləri tərəfindən qarşılandığını və Rumıniya səlahiyyətlilərinin son dərəcə səmimi münasibəti sayəsində Siret sərhəd-keçid məntəqəsindən heç bir problem olmadan Buxarestə aparıldıqlarını bildirib.

Romexpoda gecələyən Türkiyə vətəndaşlarının buradan Buxarest Otopeni Hava Limanına köçürüləcəyini və Türk Hava Yollarının təxliyə təyyarələrinə mindiriləcəyini bildirən səfir Aramaz bu gün təşkil olunacaq əlavə 6 uçuşla 2 min nəfərin təxliyəsinin tamamlanacağını bildirib.



Әlaqәli Xәbәrlәr