Kosovo prezidenti Türkiyəyə gəlir

Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə...

1787201
Kosovo prezidenti Türkiyəyə gəlir

 

  Kosovo prezidenti Vyosa (Vjosa) Osmani-Sadriu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə martin 1-də paytaxt Ankaraya gəlir.

  Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, Ankarada keçiriləcək rəsmi görüşlərdə Türkiyə-Kosovo münasibətləri hər aspektdə dəyərləndiriləcək, ikitərəfli əməkdaşlığın yaxşılaşdırılması istiqamətində atılacaq addımlar barədə fikir mübadiləsi aparılacaq.

  Osmani-Sadriunun Türkiyəyə bu ilk rəsmi səfərində ikitərəfli münasibətlərlə yanaşı, Balkanlar başda olmaqla, cari, regional və beynəlxalq hadisələr müzakirə olunacaq.



Әlaqәli Xәbәrlәr