“Aİ üzvləri niyə hələ də Türkiyəni qəbul etməkdən narahatdır?” R.T.Ərdoğan

Türkiyədə rəsmi səfərdə olan Kosovo prezidenti Vyosa Osmani-Sadriu ilə təkbətək və nümayəndə heyətlərarası görüşlərdən sonra Prezident Aparatında təşkil edilən birgə mətbuat konfransında Ərdoğan deyib...

1788018
“Aİ üzvləri niyə hələ də Türkiyəni qəbul etməkdən narahatdır?” R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukraynanı təcili atəşkəsə çağırıb.

  Türkiyədə rəsmi səfərdə olan Kosovo prezidenti Vyosa Osmani-Sadriu ilə təkbətək və nümayəndə heyətlərarası görüşlərdən sonra Prezident Aparatında təşkil edilən birgə mətbuat konfransında çıxışında Rusiya-Ukrayna böhranına toxunan Ərdoğan deyib: "Bölgəmizdə və ondan kənarda bütün liderlər regional sülh və sabitliyi ön plana çıxarmalıdır. Bizim həm Rusiya, həm də Ukraynaya çağırışımız savaşı mümkün qədər tez dayandırmalarıdır. Bununla həm Rusiya, həm də Ukrayna dünya sülhünə töhfə verər.

  Ukraynanın Avropa İttifaqına (Aİ) qoşulma səylərini yüksək qiymətləndiririk. Amma mənə maraqlıdır, Aİ üzvləri niyə hələ də Türkiyəni ittifaqa qəbul etməkdən narahatdır? Ukrayna ilə bağlı göstərdiyiniz həssaslığı Türkiyəyə də göstərin. Yoxsa kimsə Türkiyəyə hücum edərsə, bu mövzunu gündəmə gətirəcəksiniz?

  Biz Kosovonun tanınması ilə bağlı addımlar atırıq. NATO-nun üzvü olaraq Türkiyə Kosovonu tanıyır. Biz həmişə NATO-nun genişlənməsinin faydalı olduğunu qəbul etmişik və bu gün də bu fikrin arxasındayıq. Addımlarımızı atarkən bunu dünya sülhü üçün istəyirik."

  Kosovo prezidenti Vyosa Osmani-Sadriu də R.T.Ərdoğanın sözlərini təsdiqləyərək "Ən mühüm müttəfiqimiz olan Türkiyə Cümhuriyyəti heç vaxt bizdən üz döndərməyib... Doğrudan da, Kosovonun NATO-ya üzv olmasının vaxtı çatıb” deyib.



Әlaqәli Xәbәrlәr