Mövlud Çavuşoğlu: "Türkiyə Montrö Konvensiyasının müddəalarını tətbiq edir"

Xarici işlər naziri Mövlud Çavuşoğlu paytaxt Ankarada açıqlama verib.

1787286
Mövlud Çavuşoğlu: "Türkiyə Montrö Konvensiyasının müddəalarını tətbiq edir"

“Sahilyanı və qeyri-sahil ölkələrin (Qara dənizə) hərbi gəmilərini boğazlardan keçirməməsi üçün xəbərdarlıq etdik”. 

Bunu xarici işlər naziri Mövlud Çavuşoğlu paytaxt Ankarada verdiyi açıqlamada deyib.
Nazir Çavuşoğlu 1936-cı ildə imzalanmış Montrö Konvensiyasının qüvvədə olduğunu bir daha vurğulayıb:

“Əgər Türkiyə müharibənin tərəfi deyilsə, döyüşən ölkələrin gəmilərini boğazdan keçirməmək səlahiyyəti var. Əgər hərbi gəmi Qara dənizdəki bazasına qayıdırsa, keçid bağlanmır. Biz Montrö Konvensiyasının müddəalarını tətbiq edirik".

Çavuşoğlu bu çərçivədə Qara dəniz sahili ölkələri İstanbul və Çanaqqala boğazlarından hərbi gəmilərin keçirməmələri ilə əlaqədar xəbərdar etdiklərini bildirərək deyib:

“Hər iki ölkədən (Rusiya və Ukrayna) indiyədək heç bir keçid müraciəti olmayıb".

Nazir Çavuşoğlu daha əvvəl verdiyi açıqlamada Ukraynada fevralın 24-də başlayan hərbi mövcudluğunun bir “əməliyyatdan müharibəyə çevrildiyini” bildirmişdi. 

Bu arada Çavuşoğlunun amerikalı həmkarı Entoni Blinkenlə telefon danışığı olub və iki həmkar Ukraynadakı vəziyyəti müzakirə ediblər.



Әlaqәli Xәbәrlәr