Türkiyә prezidenti Tәhlükәsizlik Şurasının iclasına sәdrlik edib

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanın sәdrliyi ilә Prezident İqamәtgahında keçirilәn Tәhlükәsizlik Şurasının iclası sona çatıb.

1784621
Türkiyә prezidenti Tәhlükәsizlik Şurasının iclasına sәdrlik edib

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanın sәdrliyi ilә Prezident İqamәtgahında keçirilәn Tәhlükәsizlik Şurasının iclası sona çatıb.

Türkiyә Prezident Administrasiyasının Kommunikasiya İdarәsindәn verilәn mәlumata görә, iclasda Rusiyanın Ukraynaya hәrbi müdaxilәsi müzakirә olunub. Sammitdə Rusiyanın Minsk razılaşmalarını pozan bu hücumunun beynəlxalq hüququ pozduğu  və qəbuledilməz olduğu bildirilib.

Regional və dünya təhlükəsizliyini də təhdid edən bu hücumun dayandırılması üçün Rusiya və beynəlxalq platformalar nәzdindә atıla bilәcәk  addımların qiymətləndirildiyi iclasda  Türkiyənin Ukraynanın siyasi birliyini, suverenliyini və әrazi bütövlüyünü dәstәklәmәyә davam edәcәyi vurğulanıb.

İclasda Türkiyәnin vitse-prezident Fuat Oktay, milli müdafiə naziri Hulusi Akar, daxili işlər naziri Süleyman Soylu, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülәr, Milli Kəşfiyyat Təşkilatının  sədri Hakan Fidan, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun, Prezident katibliyinin rəisi Hasan Doğan və Türkiyә Prezident Aparatının sözçüsü İbrahim Kalın iştirak edib.

Xarici işlәr naziri Mövlud Çavuşoğlu Qazaxıstanda sәfәrdә olduğu üçün iclasa qatıla bilməyib.



Әlaqәli Xәbәrlәr