Türkiyə prezidenti Qvineya-Bisau səfərini ləğv etdi

Qvineya-Bisau səfərini təxirə salan Türkiyə prezidenti 22 fevral axşamı Seneqaldan vətənə geri qayıdır

1783176
Türkiyə prezidenti Qvineya-Bisau səfərini ləğv etdi

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qvineya-Bisauya fevralın 23-nə planlaşdırılan səfərini ləğv etdi.

  Ərdoğan onlayn keçiriləcək NATO Liderlər Zirvə Toplantısına Afrikadan qatılacaqdı.

  Qvineya-Bisau səfərini təxirə salan Türkiyə prezidenti 22 fevral axşamı Seneqaldan vətənə geri qayıdır.

  Xatırladaq ki, R.T.Ərdoğan Afrika səfəri çərçivəsində fevralın 21-də Konqo Demokratik Respublikası, oradakı görüşlərindən sonra isə Seneqala getmişdi. Türkiyə prezidenti 3 ölkəni əhatə edən Afrika turunun 3-cüsünü – Qvineya-Bisau səfərini təxirə salmaq məcburiyyətində qaldı.



Әlaqәli Xәbәrlәr