Türkiyə prezidenti Konqodan Seneqala keçdi
Konqo prezidenti Feliks Tşisekedi (Felix Tshisekedi) Kinşasa Beynəlxalq Hava Limanından türkiyəli həmkarını yola salıb
1782275
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika səfərinin ilk dayanacağı olan Konqo Demokratik Respublikasında görüşlərini tamamlayaraq Seneqala gedib.
Konqo prezidenti Feliks Tşisekedi (Felix Tshisekedi) Kinşasa Beynəlxalq Hava Limanından türkiyəli həmkarını yola salıb.
Seneqalın paytaxtı Dakarda prezident Maki Sal (Macky Sall) tərəfindən qarşılanacaq R.T.Ərdoğan Türkiyə-Seneqal İş Forumunda da iştirak edəcək.
Ərdoğan və Sal arasında olacaq görüşdən və iki ölkə arasında müqavilələrin imzalanma mərasimindən sonra mətbuat konfransı keçiriləcək.
Әlaqәli Xәbәrlәr
Terrora qarşı mübarizə qətiyyətlə davam edir
Terrorla mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam edir.