Prezident Ərdoğan Kinşasada həmkarı Feliks Tşisekedi tərəfindən qarşılanıb

Prezident Rəcəb Tayyib Ərdoğan “TUR” təyyarəsi ilə Konqo Demokratik Respublikasına gedib.

1781832
Prezident Ərdoğan Kinşasada həmkarı Feliks Tşisekedi tərəfindən qarşılanıb

Prezident Rəcəb Tayyib Ərdoğan “TUR” təyyarəsi ilə Konqo Demokratik Respublikasına gedib.
Prezident Ərdoğanı Kinşasa Beynəlxalq Hava Limanında Konqo Demokratik Respublikasının Baş naziri Jan-Mişel Sama Lukonde Kyenge, baş nazirin müavini və xarici işlər naziri Kristof Lutundula Apala Pen'Apala və Türkiyənin Kinşasadakı səfiri Murat Ülkü qarşılayıb.
Dövlət başçısı paytaxt Kinşasada həmkarı Feliks Tşisekedi tərəfindən rəsmi mərasimlə qarşılanıb.

Prezident Ərdoğanın rəsmi səfəri çərçivəsində Konqo Demokratik Respublikasına 100 min doza "Covid-19" peyvəndi bağışlanıb.

Bu arada, Prezident Rəcəb Tayyib Ərdoğan və Konqo Demokratik Respublikasının Prezidenti Feliks Tşisekedinin iştirakı ilə iki ölkə arasında 7 müqavilə imzalanıb.
Prezident Ərdoğan və Konqo Demokratik Respublikasının Prezidenti Feliks Tşisekedinin Prezident sarayında təkbətək görüşü və nümayəndə heyətlərinin görüşündən sonra müxtəlif sazişlərin imzalanma mərasimi başlayıb.

Bu çərçivədə “Türkiyə Cümhuriyyəti Hökuməti ilə Konqo Demokratik Respublikası Hökuməti arasında Hərbi Çərçivə Sazişi, Nağd Pul Yardımının Tətbiqi Protokolu, Kinşasa Maliyyə Mərkəzinin tikintisinə dair Sənaye Əməkdaşlığı Sazişi, infrastruktur sazişi, Konqo çayı və onun qolları üzrə saziş ilə 1083 Kilometr avtomobil yolu və dəmir yolu xəttinin tikintisi üçün saziş” imzalanmışdır.



Әlaqәli Xәbәrlәr