Türkiyə NATO-ya üzv olmasının 70-ci ildönümünü qeyd etdi

Türkiyə NATO-ya üzv olmasının 70-ci ildönümünü mesajla qeyd etdi.

1780883
Türkiyə NATO-ya üzv olmasının 70-ci ildönümünü qeyd etdi

Türkiyə NATO-ya üzv olmasının 70-ci ildönümünü mesajla qeyd etdi.

Xarici İşlər Nazirliyindən verilən açıqlamada 70 il əvvəl bu gün (18 fevral 1952) NATO-ya üzv olan Türkiyə soyuq müharibə dövründə olduğu kimi alyansın da məsul və aparıcı üzvlərindən biri olub və NATO-nun sərhədlərinin qorunmasındakı rolundan əlavə, missiya və əməliyyatlarına geniş töhfələr verdiyi vurğulanıb, NATO-nun əsas dəyərlərinə uyğun prinsipial və uzaqgörən yanaşmaları ilə NATO-nun kursunu istiqamətləndirən aparıcı müttəfiqlərdən biri olduğu vurğulanıb.

Açıqlamada bildirilib ki, Türkiyə bir tərəfdən 2030-cu illərin NATO-nu müzakirə edir, digər tərəfdən də geniş təhlükəsizlik sınaqlarından keçən bu dövrdə müdafiə və təhlükəsizlik kontekstində üzərinə düşəni yerinə yetirir. Ayrıca da NATO-nun dəyişmə və transformasiya prosesinə mənalı və xüsusi töhfələr verməyə davam edir.

Türkiyə təkcə özünə deyil, bütün Avro-Atlantik coğrafiyasına təhlükə yaradan terrorun bütün forma və təzahürləri ilə mübarizə aparır, təhlükəsizliyin və sabitliyin qorunması istiqamətində səylərini qətiyyətlə davam etdirir. 

"Bu baxımdan bizim müttəfiqlərimizdən gözləntimiz NATO-nun ortaq məxrəcini təşkil edən birlik və həmrəylik ruhunu tam şəkildə nümayiş etdirməkdir” -deyə açıqlamada vurğulanıb.



Әlaqәli Xәbәrlәr