Prezident Ərdoğan: "Dünya yeni və köklü bir dəyişikliyin astanasındadır"

Prezident Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Genişləndirilmiş vilayət təşkilatlarının başçıları toplantısında çıxış edib.

1780500
Prezident Ərdoğan: "Dünya yeni və köklü bir dəyişikliyin astanasındadır"

"Dünya yeni və köklü bir dəyişikliyin astanasındadır. Türkiyə isə iqtisadi və sosial ölçüləri ilə dərinləşən bu prosesin yüksələn ulduzudur".

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Genişləndirilmiş vilayət təşkilatlarının başçıları toplantısında deyib.

Türkiyənin dünyanın 10 ən böyük iqtisadiyyatından birinə çevrilməsini təmin edəcək addımlar atdıqlarını vurğulayan Ərdoğan bildirib:

“Dövlətimizin bütün imkanlarını səfərbər etməklə, bütün təbəqələrin gəlirlərini artırmaqla xalqımızın yanında olduğumuzu göstərməyə çalışırıq. Hər sahədə cəmiyyətimizin bütün təbəqələrinə rahatladacaq verəcək şad xəbərlər verdik”. 

Böyük və qüdrətli Türkiyənin doğulmasına çox yaxın olduğunu dilə gətirən Ərdoğan deyib:

“Türkiyə artıq 30 milyona yaxın məşğulluq imkanı ilə insanların işləmək üçün fürsət tapdığı ölkədir. Türkiyə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin özlərinə qapandığı bir vaxtda böhranı fürsətə çevirərək hədəfləri yüksəldən bir ölkədir. Bu gün də millətdən aldığımız güclə yeddi düvələ meydan oxumaq bahasına olsa belə, hər sahədə ölkənin hüquq və mənafeyini müdafiə edirik".



Әlaqәli Xәbәrlәr