İstanbulda müsəlmanların haqlarının pozulması ilə bağlı beynəlxalq seminar

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (BDIHK) nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində fevralın 16-17-də İstanbulda müsəlmanların haqlarının pozulması ilə bağlı beynəlxalq seminar keçiriləcək

1779280
İstanbulda müsəlmanların haqlarının pozulması ilə bağlı beynəlxalq seminar

 

  İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (BDIHK) nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində fevralın 16-17-də İstanbulda müsəlmanların haqlarının pozulması ilə bağlı beynəlxalq seminar keçiriləcək. Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.

  Qeyd edək ki, tədbir Türkiyənin Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və İƏT-in müvafiq qurumunun birgə təşkilatçılığı ilə baş tutacaq.

  “Müsəlmanların rastlaşdığı insan haqları pozuntuları” mövzulu seminarda Avropa, Asiya və Fələstində insan haqlarının hazırkı vəziyyəti məsələləri müzakirə olunacaq.

  Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlunun videokonfrans yolu ilə iştirak edəcəyi tədbirdə bir sıra digər ölkələrin rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, diplomatik korpusun üzvləri, yerli və xarici ekspertlər və akademiklərin iştirakı nəzərdə tutulur.

 



Әlaqәli Xәbәrlәr