“Bu səfər Türkiyə ilə bu ölkə arasında münasibətlərə yeni təkandır”, R.T.Ərdoğan

Paytaxt Ankarada keçirilən Nazirlər Kabineti iclasından sonra açıqlama verən Ərdoğan deyib...

1779987
“Bu səfər Türkiyə ilə bu ölkə arasında münasibətlərə yeni təkandır”, R.T.Ərdoğan

 

  Prezident Rəcəb Tayyib Ərdoğan “Türkiyənin inkişafına və böyüməsinə töhfə verəcək ölkələrlə sıx əlaqəmizi daha da artıracağıq” dedi.

  Paytaxt Ankarada keçirilən Nazirlər Kabineti iclasından sonra açıqlama verən Ərdoğan deyib: “Birləşmiş Ərəb Əmirliklərinə iki günlük səfərim Türkiyə ilə bu ölkə arasında münasibətlərə yeni təkandır və səmərəli nəticələr verəcəyinə inanıram.

  Qarşıdakı dövrdə Körfəz coğrafiyası başda olmaqla Türkiyənin inkişafına töhfə verəcək ölkələrlə sıx təmaslarımızı artıracaq və daha da inkişaf etdirəcəyik.

  Türkiyə artıq öz bölgəsində söz sahibi olan bir ölkədir.

  Bu gün biz ilk 10 iqtisadiyyatdan biri olmaq yolundayıq.

  Türkiyə siyasi, hərbi, diplomatik və iqtisadi baxımdan bölgədə özünəməxsus yer tutur.

  Elektrik istehsalını 4 dəfə artıran Türkiyədə elektrik stansiyalarının sayı 1808-ə yüksəlib.

  Yeni növ koronavirusun (Covid-19) “Omicron” variantı Türkiyədə xəstələrin sayını artırsa da, xəstəxanaya yerləşdirmədə problemlə qarşılaşmadıq. Peyvəndi olmayan və ya əskik olan vətəndaşlarımıza tövsiyə edirəm ki, öz peyvəndimiz olan “Türkovac” vurdursunlar”.



Әlaqәli Xәbәrlәr