Suriyanın şimalında daha 4 terrorçu zərərsizləşdirilib

Suriyanın şimalından atəşi açan bölücü terror təşkilatı PKK/YPG üzvü 4 terrorçunun zərərsizləşdirildiyi bildirilib.

1777291
Suriyanın şimalında daha 4 terrorçu zərərsizləşdirilib

Suriyanın şimalından atəşi açan bölücü terror təşkilatı PKK/YPG üzvü 4 terrorçunun zərərsizləşdirildiyi bildirilib.

Milli Müdafiə Nazirliyindən verilən açıqlamada Türkiyə Silahlı Qüvvələrinin terrora və terrorçulara imkan vermədiyi vurğulanıb.

Açıqlamada Suriyanın şimalından Mardin Kızıltəpə Sərhəd Məntəqəsinə təcavüz atəşi açan PKK/YPG terrorçularına sərt cavab verilərək 4 terrorçunun zərərsizləşdirildiyi bildirilib.

Qeyd olunub ki, bu gün bölgədə zərərsizləşdirilən terrorçuların sayı 33-dür.

Nazirlik əvvəlki açıqlamasında Suriyanın şimalındakı "Fərat qalxanı" və "Sülh çeşməsi" əməliyyatı bölgələrində ümumilikdə 29 terrorçunun zərərsizləşdirildiyini açıqlamışdı.



Әlaqәli Xәbәrlәr