“TÜRKOVAC”-ın ölkə ərazisində tətbiqinə  başlanıb

Yeni növ koronavirus (Covid-19) əleyhinə hazırlanmış yerli peyvənd TÜRKOVAC-ın  ölkə ərazisində tətbiqinə başlanıb.

1775090
“TÜRKOVAC”-ın ölkə ərazisində tətbiqinə  başlanıb

Səhiyyə Naziri Fahrettin Koca sosial  media  hesabında peyvəndin  tətbiqinə  dair  açıqlama  verib.  Bildirib  ki,   yerli peyvənd  olan  TÜRKOVAC 81 vilayətdə, xüsusilə şəhər xəstəxanalarında və ölkə daxilindəki bütün  təhsil və araşdırma xəstəxanalarında tətbiq  olunur. Nazir  həmçinin  qeyd  edib  ki,  “TÜRKOVAC-ın  göndərilmədiyi heç  bir  vilayət  və  qəsəbə yoxdur. Daha peyvənd  vurulmayan   qalmasın  deyirik”.  



Әlaqәli Xәbәrlәr