Türkiyə-Ukrayna arasında diplomatik əlaqələrin qurulmasının ildönümü

Türkiyə strateji tərəfdaşı olan Ukrayna ilə diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edən bəyanatda Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini vurğulayıb.

1772727
Türkiyə-Ukrayna arasında diplomatik əlaqələrin qurulmasının ildönümü

Türkiyə strateji tərəfdaşı olan Ukrayna ilə diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edən bəyanatda Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini vurğulayıb.

Xarici İşlər Nazirliyinin Türkiyə ilə Ukrayna arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibəti ilə yaydığı yazılı bəyanatda “Strateji tərəfdaşımız Ukrayna ilə diplomatik əlaqələrimizin qurulmasının 30-cu ildönümünü qeyd edirik” ifadəsi yer alıb.

Bəyanatda son illər Ukrayna ilə qarşılıqlı anlaşma, etimad və ümumi maraqlar əsasında münasibətlərdə nəzərəçarpacaq irəliləyiş olduğu və bu vəziyyətin həm də regionun sülh, sabitlik və rifahına töhfə verdiyi bildirilib.

"Türkiyə Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir, bu çərçivədə Krımın qeyri-qanuni ilhaqını tanımır və Donbasda beynəlxalq hüquqa uyğun olaraq sülh yolu ilə həllinin tərəfdarıdır” -bəyanatda deyilib. 

Bəyanatda Ukrayna ilə Türkiyə arasında dostluq və əməkdaşlıq körpüsü quran Krım tatar türklərinin hüquq və mənafelərinin qorunması istiqamətində birgə səylərin Türkiyə-Ukrayna münasibətlərini daha da gücləndiridiyi vurğulanıb:

“Bu gün prezidentimizin (Rəcəb Tayyib Ərdoğan) iştirakı ilə Kiyevdə keçirilən Yüksək Səviyyəli Strateji Şuranın 10-cu Toplantısı zamanı və qarşıdakı dövrdə müxtəlif hallarda atılacaq qarşılıqlı addımlar əməkdaşlığın genişlənməsinə töhfə verəcək və ikitərəfli əməkdaşlığımızın əhatə dairəsinin dərinləşdirilməsinə töhfə verəcək. Diplomatik münasibətlərimizin qurulmasının 30-cu ildönümündə xalqlarımızın rifahı naminə bütün sahələrdə əməkdaşlığımızı daha da inkişaf etdirmək iradəmizi bir daha təsdiqləyirik”. 

Qeyd edək ki, Sovet İttifaqının dağılmasından sonra 1991-ci il dekabrın 16-da Türkiyə Ukraynanı tanıyan ilk dövlətlərdən biri oldu və iki ölkə arasında ilk dəfə 1992-ci il fevralın 3-də diplomatik əlaqələr quruldu. Türkiyə ilə Ukrayna arasında əlaqələr diplomatik əlaqələrin qurulduğu 3 fevral 1992-ci ildən bu yana möhkəmlənməkdə davam edir.



Әlaqәli Xәbәrlәr