Türkiyә Silahlı Qüvvәlәri terrorçulara ağır zәrbәlәr endirdi, 43 terrorçu zәrәrsizlәşdirildi

‘‘Sülh çeşmәsi’’ vә ‘‘Fәrat qalxanı’’ әmәliyyatlarının keçirildiyi bölgәlәrdә 43 terrorçu zәrәrsizlәşdirilib.

1772974
Türkiyә Silahlı Qüvvәlәri terrorçulara ağır zәrbәlәr endirdi, 43 terrorçu zәrәrsizlәşdirildi

‘‘Sülh çeşmәsi’’ vә ‘‘Fәrat qalxanı’’ әmәliyyatlarının keçirildiyi bölgәlәrdә 43 terrorçu zәrәrsizlәşdirilib.

Terrorla mübarizә ölkә daxilindә vә sәrhәddәn kәnarda qәtiyyәtlә davam etdirilir.

Bu barәdә Türkiyәnin Milli Müdafiә Nazirliyindәn verilәn bәyanatda  bildirilib.

Bәyanata deyilir: ‘‘Әl Babda azı 9 mülki vәtәndaşı qәtlә yetirәn separatçı terror tәşkilatı PKK/YPG-yə lazımi cavab verildi. Әl Bab, Dadat, Cibrin vә Tell Malid bölgәlәrindәki bazalarımıza tәcavüz mәqsәdli atәş açan terrorçulara ağır zәrbәlәr endirildi, nәticәdә 34 terrorçu zәrәrsizlәşdirildi. Belәliklә ‘‘Sülh çeşmәsi’’ vә ‘‘Fәrat qalxanı’’ әmәliyyatlarının keçirildiyi bölgәlәrdә zәrәrsizlәşdirilәn terrorçuların sayı 43-ә çatdı.Terror tәşkilatı PKK/YPG-yә ağır zәrbәlәr endirmәyә davam edәcәyik. Şәhidlәrimizin qanını yerdә buraxmadıq, buraxmayacağıq’’.

Türkiyә Silahlı Qüvvәlәri Suriyanın şimalında 2016-cı ilin 24 avqust ayı ilә 2017-ci ilin 29 mart ayları arasında ‘‘Fәrat qalxanı’’, 2019-cu ildә isә ‘‘Sülh çeşmәsi’’ әmәliyyatlarını hәyata keçirmişdi.



Әlaqәli Xәbәrlәr