Türkiyə Myanmadakı vəziyyətdən narahatlığını dilə gətirdi

Türkiyə 2021-ci il fevralın 1-də Myanmada həyata keçirilən hərbi çevrilişin ildönümündə ölkədəki vəziyyətin ciddi olaraq davam edəcəyindən narahat olduğunu bildirib.

1771473

Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Türkiyənin prinsip etibarilə hər cür çevriliş və hərbi müdaxilənin əleyhinə olduğu vurğulanıb.

Açıqlamada “2021-ci il fevralın 1-də Myanmada həyata keçirilən hərbi çevrilişin birinci ildönümündə ölkədə vəziyyətin ağır qalmasından narahatıq” deyilib.

Açıqlamada ölkədə sülh və sabitliyin təmin edilməsi, dinc əhaliyə qarşı zorakılığın dayandırılması üçün demokratiyanın bərpası üçün ən qısa zamanda lazımi addımların atılmasına çağırıb.

Myanmada ağır şəraitdə yaşayan rohinca müsəlmanlarının vəziyyətini yaxşılaşdırmaq və Rohinca probleminin qalıcı həllini təmin etmək üçün səylərin davam edəcəyinə dair gözləntilərimizi bir daha bildiririk” deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, Myanma ordusu 8 noyabr 2020-ci ildə keçirilən ümumi seçkilərdə saxtakarlıq iddiaları və ölkədəki siyasi gərginlikdən sonra 2021-ci il fevralın 1-də hakimiyyəti ələ keçirib.

Әlaqәli Xәbәrlәr