Türkiyə 2021-ci ildə nə qədər qonaq qarşılayıb?

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə...

1771178
Türkiyə 2021-ci ildə nə qədər qonaq qarşılayıb?

 

  Türkiyə 2021-ci ildə bir əvvəlki ilə nisbətən 88,08 faiz artımla 30 milyon 38 min 961 qonaq qarşılayıb.

  Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, xarici qonaq sayında keçən il ondan əvvəlki ilin eyni dövrülə müqayisədə 94,06 faiz artıb. Bununla 2021-ci ildə 2020-ci ilə nisbətən 88,08 faiz artımla 30 milyon 38 min 961 qonaq Türkiyədə qarşılanıb.

  Dekabr-yanvar dövründə ən çox turist gələn ölkələr sıralamasında 4 milyon 694 min 422 adamla Rusiya birinci yerdədir. Bir əvvəlki ilin eyni dövrünə görə bu, 120,52 faiz artımdır. Rusiyadan sonra 175,73 faiz artım və 3 milyon 85 min 215 adamla Almaniya, 106,49 artım və 2 milyon 60 min 8 adamla Ukrayna, onlardan sonra Bolqarıstan və İran gəlir.

  Türkiyəyə 2021 ilin dekabr ayında gələn xarici qonaq sayı da 2020-ci ilin eyni ayına görə 170,62 faiz artaraq 1 milyon 892 min 520 olub. Bu dövrdə ən çox turist gələn ölkələr sırası ilə Bolqarıstan, Almaniya, İran və Rusiyadır.  



Әlaqәli Xәbәrlәr