“Türkiyəni dörd təməl üzərində yüksəldəcəyik...” R.T.Ərdoğan

Giresundakı bir açılış mərasimində iştirak və çıxış edən Ərdoğan deyib...

1770226
“Türkiyəni dörd təməl üzərində yüksəldəcəyik...” R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Təbii qazımız var, bütün tədbirlərimizi görürük” dedi.

  Giresundakı bir açılış mərasimində iştirak və çıxış edən Ərdoğan deyib: “Türkiyənin təbii qazla bağlı çətinliyi yoxdur. Təbii qazımız var, FSRU-umuz (Yüzer LNG Depolama ve Gazlaştırma Ünitesi) var, Duz gölünün altında anbarlarımız var, bütün tədbirlərimizi də görürük.

  Türkiyəni dörd təməl üzərində yüksəldəcəyik: təhsil, səhiyyə, ədalət və təhlükəsizlik. Bunlardan başqa, nəqliyyat dedik, enerji dedik, kənd təsərrüfatı dedik, xarici siyasət dedik, bütün bunlar üzərində yüksələn bir Türkiyəni qurduq. Demokratiyamızı, təhlükəsizliyimizi, infrastrukturumuzu iftixaredici bir səviyyəyə çıxardıqsa, yaxınlarda iqtisadiyyatda da bənzər bir uğura imza atacağız.

  Bölgəsində və dünyada get-gedə daha çox güclənən bir dövlətimiz, geniş haqq və azadlıq meydanımız, get-gedə böyüyən bir iqtisadiyyatımız var. Gələcəyimizə etibarla baxmaq üçün lazım olan hər cür imkana sahibik. Sabitlik və əmin-amanlığımız var. Bu, bizi dünyada güclü ölkələr arasına qoyub”.

  R.T.Ərdoğan Ədalət və İnkişaf Partiyası (AK Partiya) Giresun Rayon Müşavirə Məclisi iclasında da çıxış edib və "Türkiyəni gücləndirməyə, millətimizin haqqını müdafiəyə davam edirik. Biz bu millətə əfəndilik etmək üçün deyil, xidmətçi olmaq üçün gəldik. Bu əziz millətə xidmətçilik şərəflərin ən böyüyüdür" deyib.



Әlaqәli Xәbәrlәr