Türkiyə Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinə dəstəyini bildirdi

Xarici İşlər Nazirliyinin açıqlamasında "Kıbrısda ədalətli və qalıcı bir həllə nail olmaq üçün BMT Təhlükəsizlik Şurası və beynəlxalq ictimaiyyəti adadakı reallıqları görməylə çağırırıq" deyilib

1769516
Türkiyə Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinə dəstəyini bildirdi

Türkiyə Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin (KKTC) Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) Kıbrıs adasında yerləşən BMT Sülhməramlı Qüvvələrinin mandatının daha altı ay uzadılmasına dair qərarına qarşı bəyanatını tam dəstəklədiyini bildirib. 

Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada "Sözügedən qərar qəbul edilərkən, bu istiqamətdə edilən bütün çağırışlara və xəbərdarlıqlara baxmayaraq, KKTC rəsmilərinin razılığı BMT-nin qayda və prinsiplərinə zidd olaraq yenə alınmamışdır. Hüquqi bir tənzimləmədən indiyədək israrla çəkinildi, ancaq BMT Sülhməramlı Gücü KKTC səlahiyyətlilərin xoş niyyətli yanaşması çərçivəsində fəaliyyətini (Adada) fəaliyyətlərini davam etdirə bildi. Bu mövzuda KKTC səlahiyyətlilərinin bundan sonra atacağı addımları tam dəstəkləyirik" ifadələrdən istifadə edilib.

Açıqlamada BMT TŞ-nın bir tərəfdən adadakı tərəflərə həll yolu tapmalarını dediyi, digər tərəfdən də 50 ildən çox sınaqdan keçirilmiş, tükənmiş bir həll modelini tətbiq etməyə çalışdığı sübuta yetirilmiş və bir tərəfin razılığını əks etdirməyən bu mövqeyin reallıqdan qopduğu və ziddiyyətli olduğu bildirmişdir.

BMT Təhlükəsizlik Şurasının Maraşda KKTC səlahiyyətlilərinin beynəlxalq hüquqa uyğun olaraq atdığı addımları tənqid etməsinin mülkiyyət hüquqlarının pozulması olduğuna işarə edilən açıqlamada Şuranın Rum İdarəsinin atdığı Şərqi Aralıq dənizində atdığı gərginliyi artıran və Kıbrıs Türklərinin haqlarına məhəl qoymayan birtərəfli addımları görməzdən gəlməsinin ikili standard nümunəsi olduğu vurğulanıb.

Açıqlamada "Kıbrısda ədalətli və qalıcı bir həllə nail olmaq üçün Təhlükəsizlik Şurası və beynəlxalq ictimaiyyəti adadakı reallıqları əsas götürən səmimi və konstruktiv münasibət göstərməyə, bu məqsədlə Kıbrıs Türk xalqının suveren bərabərliyini və beynəlxalq statusunu təsdiq etməyə çağırırıq" deyilib.



Әlaqәli Xәbәrlәr