Türkiyə Beynəlxalq Holokost Xatirə Günü münasibətilə yazılı şərh paylaşdı

Türkiyə Xarici İşlər Nazirliyi Beynəlxalq Holokost Xatirə Günü münasibətilə yazılı şərh verərək bildirib...

1769151
Türkiyə Beynəlxalq Holokost Xatirə Günü münasibətilə yazılı şərh paylaşdı

 

  Türkiyə faşist rejimi tərəfindən sistemli şəkildə qətl edilən yəhudilər, qaraçılar və əngəlliləri hədəfə alan milyonlarla insanı hörmətlə yada salır.

  Türkiyə Xarici İşlər Nazirliyi Beynəlxalq Holokost Xatirə Günü münasibətilə yazılı şərh verərək bildirib: “Osmanlı imperatorluğu və Türkiyə tarix boyu dünyanın fərqli bölgələrində zülm görmüş yəhudilər də daxil olmaqla, milyonlarla insanın sığındığı etibarlı bir liman olub. İkinci Dünya Müharibəsi zamanı faşistlərdən qaçan çox sayda yəhudiyə qucaq açdıq.

  Bu müddətdə zərər çəkmişlərə Türkiyə diplomatları da kömək əli uzadıb. Yəhudilər ölüm düşərgələrinə göndərilməkdən Türkiyə hökumətinin qətiyyəti və diplomatlarının fövqəlbəşər səyləri sayəsində xilas olub. Zərər çəkmişlərə kömək əli uzadan diplomatlarımızın da xatirələrini bu gün hörmətlə yad edirik.

  Holokost qurbanları bu il “Covid-19”la bağlı onlayn təşkil edilən mərasimlərlə xatırlanır.

  Türkiyə antisemitizmə, xarici düşmənliyə, irqçiliyə, İslam əleyhdarlığına və hər cür tolerantlığa qarşı gələn hərəkətlərə laqeyd yanaşmadan həmin mövqeyini bu gün də davam etdirməkdə və nifrət əsaslı ifadə və cinayətlərlə mübarizəyə qarşı beynəlxalq əməkdaşlığa töhfə verməkdədir."



Әlaqәli Xәbәrlәr