“Türkiyə immiqrant siyasətiylə dünyaya bir nümunədir”, F.Altun

Paytaxt Ankarada Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentinin dəstəyilə Beynəlxalq Media İnformasiya Dərnəyi tərəfindən təşkil edilən “İmmiqrantlar və media” tədbirinin açılışında çıxış edən F.Altun deyib...

1768706
“Türkiyə immiqrant siyasətiylə dünyaya bir nümunədir”, F.Altun

 

  Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fəxrəddin Altun Türkiyənin həqiqi və humanitar immiqrant siyasətiylə dünyaya bir nümunə olduğunu vurğuladı.

  Paytaxt Ankarada Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentinin dəstəyilə Beynəlxalq Media İnformasiya Dərnəyi tərəfindən təşkil edilən “İmmiqrantlar və media” tədbirinin açılışında çıxış edən F.Altun deyib: “Qloballaşma ifadəsi və liberallaşma meyillərinin tavan qırdığı dövr geridə qaldı.

  Bu gün Qərb dünyası çox təəssüf ki, irqçiliyin dərinləşdiyi, xarici düşmənliyinin yüksəldiyi, ictimai qütbləşmənin artdığı bir coğrafiyaya çevrilib.

  Dünyada problemlər milli olmaqdan çıxaraq beynəlxalq xüsusiyyət daşıyan yeni bir dövrə girib. Belə bir zəmanədə Türkiyə sabitləşdirici bir güc olaraq həm öz təhlükəsizliyi və sabitliyi, həm də bölgə ölkələrinin əmin-amanlığı üçün masada və meydanda mübarizə aparır.

  Son dərəcə əhəmiyyətli addımlar atmışıq. Belə ki, Türkiyə həqiqi və humanitar immiqrant siyasətilə dünyaya nümunədir.

  Bir tərəfdən döyüşdən, terrordan, qırğınlardan qaçanlara qol-qanad açır, digər tərəfdən yerlərindən-yurdalrından edilmiş bu insanlara şərəfli, etibarlı və könüllü geri qayıtma imkanı yaratmaq üçün var-gücümüzlə çalışırıq.

  Bu gün Almaniya 530 min, İsveç isə 130 min suriyalı immiqranta ev sahibliyi edir. Onlardan başqa, heç bir Qərb ölkəsində 50 mindən çox suriyalı yoxdur. Türkiyə isə Almaniyadan da 8 qat artıq immiqranta ev sahibliyi edir.”



Әlaqәli Xәbәrlәr