Süleyman Soylu almaniyalı hәmkarı Nensi Faeser ilә görüşüb

Türkiyәnin daxili işlәr naziri Süleyman Soylu Alnaniya Federativ Respublikasının daxili işlәr naziri Nensi Faeser ilә videokonfrans formatında görüş keçirib.

1768613

Bu barәdә Daxili İşlәr Nazirliyinin mәlumatında bildirilib. Mәlumata görә, görüşdә tәhlükәsizlik vә terrorla mübarizә mәsәlәlәri başda  olmaqla iki ölkәnin Daxili İşlәr Nazirliklәri arasında sәmәrәli vә konstruktiv әmәkdaşlıq ilә dialoq mexanizminin qarşıdakı dövrdә daha da güclәndirilmәsi mövzuları müzakirә olunub.

Görüşdә hәmçinin nizamsız miqrasiya ilә mübarizә, 2016-cı ildә Türkiyә ilә Avropa İttifaqı arasında qaçqınlarla bağlı bağlanan müqavilә, Әfqanıstandakı son vәziyyәt vә aktual mövzular qiymәtlәndirilib.

Әlaqәli Xәbәrlәr