Türkiyə prezidenti Albaniyaya gedir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniya Baş naziri Edi Ramanın dəvətilə 17 yanvarda bu ölkəyə rəsmi səfərə gedir

1763410
Türkiyə prezidenti Albaniyaya gedir

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniya Baş naziri Edi Ramanın dəvətilə 17 yanvarda bu ölkəyə rəsmi səfərə gedir.

  Görüşlərdə strateji ortaqlıq səviyyəsində olan Türkiyə-Albaniya əlaqələri bütün ölçüləriylə nəzərdən keçiriləcək, əməkdaşlığın dərinləşdirilməsi üçün atıla biləcək addımlar müzakirə olunacaq.

  Söhbətlər zamanı ikitərəfli münasibətlərlə yanaşı, regional və beynəlxalq məsələlər haqqında da fikir mübadiləsi aparılacaq.

  Səfər çərçivəsində 2019-cu ildə Albaniyada baş verən zəlzələ zamanı həyatını itirən ailələr üçün Türkiyə tərəfindən Laç şəhərində tikilən evlərin də təslim mərasimi olacaq.

  Türkiyə prezidenti R.T.Ərdoğan Albaniyanın paytaxtı Tiranda Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi - TİKA tərəfindən bərpa edilən Ethem bəy məscidinin (Ethem Bey Camii) də açılışında iştirak və çıxış edəcək.



Әlaqәli Xәbәrlәr