Türkiyə Fələstinin daha bir şəhərində viza şöbəsi açdı
Türkiyə Viza Xidmətləri Mərkəzinin Nablus şöbəsinin məsul işçisi Hilal Mustafa sözügedən mövzu ilə bağlı deyib...
1763412
Türkiyənin Fələstindəki Qüds Baş Konsulluğuna bağlı yeni viza xidmətləri mərkəzi Nablus şəhərində də fəaliyyətə başladı.
Türkiyə Fələstin Viza Xidmətləri Mərkəzinin Nablus şöbəsinin məsul işçisi Hilal Mustafa sözügedən mövzu ilə bağlı deyib: “İşğal altındakı İordan çayının Qərb sahillərində Nablus və ətrafında yaşayan fələstinlilər üçün asanlığın təmin edilməsi niyyətilə Ramallah şəhərindən başqa, Nablusda da viza şöbəsi açdıq.
Fələstinlilər Türkiyəni çox sevir. Həm səyahət, həm də biznes qurmaq üçün Türkiyə ilə əlaqəli işləyirlər.
Türkiyəyə çox böyük məhəbbət bəsləyirlər. Yeni tip koronavirusdan (Covid-19) sonra - bu il iş və gəzinti məqsədli çox tələbat var."