"İki ölkə arasındakı dostluq zəlzələ evlərinin açılışı ilə daha da möhkəmləndi", R. T. Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Albaniyanın Laç şəhərində 2019-cu ildə baş verən zəlzələ nəticəsində evlərini itirən ailələr üçün Türkiyə tərəfindən inşa edilən mənzillərin təhvil verilməsi mərasimində iştirak edib.

1763909
"İki ölkə  arasındakı dostluq zəlzələ evlərinin açılışı ilə daha da möhkəmləndi", R. T. Ərdoğan

"Türkiyə ilə Albaniya arasındakı dostluq zəlzələ evlərinin açılışı ilə daha da möhkəmləndi".

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan Albaniyanın Laç şəhərində 2019-cu ildə baş verən zəlzələ nəticəsində evlərini itirən ailələr üçün Türkiyə tərəfindən inşa edilən mənzillərin təhvil verilməsi mərasimində iştirakı zamanı deyib.

Ərdoğan buradakı çıxışında zəlzələ xəbərini alan kimi dərhal bölgə əhalisinin yaralarını sağaltmaq üçün hərəkətə keçdiklərini, lazım olan bütün tibbi ləvazimatları Albaniyaya çatdırdıqlarını xatırladaraq,Baş nazir Rama ilə daim təmasda olduqlarını bildirib. 

Beynəlxalq ictimaiyyətin, xüsusilə İslam Əməkdaşlıq Təşkilatının şəxsən Albaniyaya yardım əlini uzatmaq üçün təşəbbüs göstərdiyini ifadə edən Ərdoğan deyib:

"Zəlzələdən sonra bölgəyə yardıma tələsən ilk ölkənin Türkiyənin olması aramızda olan güclü həmrəyliyin ən böyük sübutudur. TOKİ (Kütləvi Mənzil İdarəsi) tərəfindən inşa edilən, cəmi 522 evdən ibarət və təxminən 42 milyon avroya başa gələn evləri təhvil verdik. Türkiyə və Albaniya dostluğunu zəlzələ evlərinin açılışı ilə daha da gücləndirdik. Zəlzələdə həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbr və başsağlığı diləyirəm. Aprel ayında 68 günə tamamladığımız rayon xəstəxanası da bu gözəl həmrəyliyin nümunələrindən biridir”.



Әlaqәli Xәbәrlәr