Türkiyə Yunanıstan prezidentinə reaksiya verib

Türkiyə Yunanıstan prezidenti Katerina Sakelaropulunun bir tədbirdə irəli sürdüyü əsassız iddialara sərt reaksiya verib.

1761873
Türkiyə Yunanıstan prezidentinə reaksiya verib

Xarici İşlər Nazirliyindən mövzu ilə əlaqəli yayılan açıqlamada Yunanıstan prezidentinin Afinanın Elliniko-Agrirupoli ərazisində inşası planlaşdırılan “Surmene World Pontic Hellenism Sarayı”nın təqdimat mərasimmmində Türkiyənin yaxın tarixinə dair səsləndirdiyi sözlərinin əsassız olduğunu və bunun təəssüflə qarşılandığını bildirilib.

Nazirliyin açıqlamasında: “Prezident Katerina Sakelaropulunun iddiaları Anadolunu işğal etməyə cəhd edənin Yunanıstan olduğunu, ordusunun isə Qərbi Anadoluda məsum dinc sakinləri öldürdüyü, qanlı cinayətlər törətdiyi faktını dəyişdirmir. Bir daha xatırladırıq ki, Yunanıstana törətdiyi bu cinayətlər səbəbi ilə ‘Lozanna Sülh Müqavilənin’ 59-cu maddəsinə əsasən, müharibə qanunlarına zidd hərəkətlər nəticəsində dəyən zərərin ödənilməsi öhdəliyi qoyulub”. Yunanıstan tərəfindən intensiv olaraq irəli sürülən bu saxta ittihamlar iki ölkə arasında problemlərin həlli üçün səmimi və dürüst dialoq mühitinin yaradılması istiqamətində atılan addımlara kölgə salır. Belə münasibət və davranışlar dövlət adamına yaraşan vəsiflər və ondan gözlənilən öhdəliklər ilə üst-üstə gəlmir. Bu kontekstdə qonşumuz Yunanıstanı daha bir dəfə sağlam və konstruktiv siyasət izləməyə dəvət edirik”.



Әlaqәli Xәbәrlәr