Xarici işlər naziri Mövlud Çavuşoğlu Çində səfərdədir

Türkiyə və Çin XİN başçıları arasında görüş olub.

1761539
Xarici işlər naziri Mövlud Çavuşoğlu Çində səfərdədir

Türkiyə və Çin XİN başçıları arasında görüş olub.

Xarici işlər naziri Mövlud Çavuşoğlu Pekində Çinin xarici işlər naziri Vanq Yi ilə görüşüb.

Görüşdə ikitərəfli əlaqələr və yeni növ koronavirus (Covid-19) epidemiyası kimi qlobal məsələlər müzakirə edilib.

Nazirlər əvvəlcə təkbətək danışıqlar aparıblar. Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

Çavuşoğlu "Twitter" hesabından Şanxay yaxınlığındakı Vuşi şəhərində Vanqla görüşdüyünü bildirərək, "Çinin xarici işlər naziri Vanq Yi ilə ikitərəfli əlaqələrimizi və regional məsələləri müzakirə etdik. İqtisadi əməkdaşlıq imkanlarını dəyərləndirdik. Başda Uyğur türkləri olmaqla gündəmimizdəki məsələlərlə bağlı fikirlərimizi, gözləntilərimizi və həssaslıqlarımızı qarşı tərəfin diqqətinə çatdırdıq" deyib.



Әlaqәli Xәbәrlәr