Hulusi Akar Zakir Hǝsǝnova başsağlığı verib

Bu barǝdǝ Türküyǝnin Milli Müdafiǝ Nazirliyindǝn verilǝn mǝlumatda bildirilib.

1761547
Hulusi Akar Zakir Hǝsǝnova başsağlığı verib

Türkiyǝnin Milli Müdafiǝ naziri Hulusi Akar vǝ Azǝrbaycan Müdafiǝ naziri general-polkovnik Zakir Hǝsǝnov arasında telefon danışığı olub.

Bu barǝdǝ Türküyǝnin Milli Müdafiǝ Nazirliyindǝn verilǝn mǝlumatda bildirilib.

Mǝlumata ǝsasǝn, Hulusi Akar Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuzun şəhid olması ilə bağlı başsağlığı verib.

Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin hər zaman olduğu kimi bu gün də haqq savaşında Azərbaycanın yanında olduğunu bildirib.

Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində bir Azǝrbaycan ǝsgǝri şǝhid olub.

 



Әlaqәli Xәbәrlәr