"2023-cü ildə Türkiyənin milli döyüş təyyarəsinin təqdimatı keçiriləcək", R.T. Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin silahlı, silahsız, hücum xarakterli pilotsuz uçuş aparatları (İHA,(PUA) SİHA, TİHA) istehsalında dünyada ilk 3 ölkə arasında olduğunu bildirib.

1758545
"2023-cü ildə Türkiyənin milli döyüş təyyarəsinin təqdimatı keçiriləcək", R.T. Ərdoğan

"Türkiyə silahlı, silahsız, hücum xarakterli pilotsuz uçuş aparatları (İHA,(PUA) SİHA, TİHA) istehsalında dünyada ilk 3 ölkə arasındadır".

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan paytaxt Ankaranın Kahramankazan rayonunda Türk Aerokosmik Sənayesi (TUSAŞ) Təsislərində "Milli Texnologiyalar və Yeni İnvestisiyalar Kollektiv Açılış Mərasimi"ndə etdiyi çıxışda deyib.

Ərdoğan inkişaf etmiş yerli hava hücumundan müdafiə sistemləri ilə bağlı,

"İndilik HİSAR-ları istehsal etdik,yaxın zamanda isə SİPER-i və daha yaxşılarını da tamamlayacağıq" deyib.

Türkiyənin müdafiə sənayesi layihələrinin büdcəsinin 5,5 milyard dollardan 75 milyard dollara, sektorun illik dövriyyəsinin isə 1 milyard dollardan 10 milyard dollara yüksəldiyini qeyd edən dövlət başçısı “Biz hazırda İHA (PUA), SİHA və TİHA istehsalında dünyanın ilk 3 ölkəsi arasında iştirak edirik" deyib.

Ərdoğan onu da deyib ki, 2023-cü ildə milli döyüş təyyarəsinin təqdimatı keçiriləcək, iki il sonra isə sınaq uçuşları planlaşdırılır. Yeni təyyarələrin 2029-cu ildə fəal şəkildə istifadəsinə başlanılacaq. İndi müdafiə sənayesində daha planlı, sistemli və orta-uzunmüddətli fəaliyyət göstərəcəyimiz bir dövrə giririk.



Әlaqәli Xәbәrlәr