Türkiyə Yunanıstan nazirinin sözlərinə reaksiya verdi

Türkiyə Yunanıstanı beynəlxalq hüquqa və müqavilələrə hörmət etməyə çağırdı

1757344
Türkiyə Yunanıstan nazirinin sözlərinə reaksiya verdi

  

    Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç Yunanıstanın Xarici işlər naziri Nikos Dendiasın Türkiyəyə qarşı şərhlərini "təhrikedici sözlər" adlandıraraq yazılı cavabında bildirib: "Yunanıstanın ölkəmizin haqq və maraqlarını müdafiəetmə iradəsini “təhdid” kimi qəbul etməsini, həqiqətdən kənar rəy yaratmaq cəhdini rədd edirik. Bölgədə bir təhdid varsa, bu, Yunanıstanın gərginliyi artıran təktərəfli hərəkətləridir.

  Yunanıstanın Xarici işlər naziri Dendiasın az qala hər gün verdiyi Türkiyə əleyhinə bəyanatlar barış və sabitliyə xidmət etməyən, həqiqətdən qopuq və popülist iddialardır. Onun təhrikedici sözləri nə qonşuluq əlaqələri, nə də Yunanıstanla yenidən başladığımız görüşlərin ruhuna uyğun gəlir.

  N.Dendias dialoq yerinə gərginlik yolunu seçərək Egey və Aralıq dənizlərində beynəlxalq hüquqa zidd maksimalist iddialar irəli sürərək Türkiyə və Yunanıstan arasında gərginliyi artırır.

  Yunanıstanı beynəlxalq müqavilələrə və hüquqa hörmət etməyə çağırırq.”

  Xatırladaq ki, Yunanıstanın Xarici işlər naziri Nikos Dendias yanvarın 4-də Səudiyyə Ərəbistanının Xarici işlər naziri Faysal ibn Fərhan əl-Suud ilə Yunanıstanın paytaxtı Afinada təşkil edilən mətbuat konfransında “Türkiyənin silahlanması beynəlxalq hüquqa ziddir, Egey adalarına təhdiddir” kimi şərhlər verib, Türkiyənin bölgədə “təcavüzkar siyasət yürütdüyünü” söyləyib.



Әlaqәli Xәbәrlәr