İbrahim Kalın: "Qarabağın azad edilməsi ilə tarixdə yeni səhifə açıldı"

Prezidentin sözçüsü İbrahim Kalın illik təşkil olunan MAS-ICNA konqresində iştirak etmek üçün seferde olduğu ABŞ-da Türkiyə vətəndaşları ilə görüşüb.

1752881
İbrahim Kalın: "Qarabağın azad edilməsi ilə tarixdə yeni səhifə açıldı"

“Hazırda Cənubi Qafqazda fərqli vəziyyət yaranıb. Erməni lobbisinin bütün gücünü sərf etdiyi cəhdlər boşa çıxdı. Yəni Cənubi Qafqazda Türkiyə-Ermənistan və ya türk-erməni qarşıdurması artıq sona çatır".

Bunu Prezidentin sözçüsü İbrahim Kalın illik təşkil olunan MAS-ICNA konqresində iştirak etmek üçün seferde olduğu ABŞ-da Türkiyə vətəndaşları ilə görüşünde deyib.

O bildirib ki, Qarabağın azad olunması, yenidən Azərbaycana qovuşması ilə tarixdə yeni bir səhifə açılıb.

İ.Kalın qeyd edib ki, Türkiyə və Ermənistan əlaqələrini normallaşdırmaq üçün qarşılıqlı addımlar atırlar. Türkiyə rəsmisi normallaşmanın ən çox Ermənistanın xeyrinə olacağını vurğulayıb.  ABŞ-dakı erməni lobbisi Türkiyəyə qarşı əhval-ruhiyyəni öz şəxsiyyətinin bir hissəsinə çevirib.
Qafqazda çox fərqli bir proses gedir, indi bu diasporun bütün enerjisini və arqumentini üzərində qurduğu struktur dağılmaq üzrədir. Başqa sözlə, Türkiyə-Ermənistan və ya türk-erməni münaqişəsi indi sona çatmaq üzrədir. Qarabağın azad edilməsi ilə tarixdə yeni səhifəsi açılmışdır.



Әlaqәli Xәbәrlәr