Mustafa Şentop və onu müşayiət edən nümayəndə heyətinin Serbiyaya səfəri başlayıb

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və onu müşayiət edən nümayəndə heyəti Belqrada gəlib.

1750757
Mustafa Şentop və onu müşayiət edən nümayəndə heyətinin Serbiyaya səfəri başlayıb

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və onu müşayiət edən nümayəndə heyəti Belqrada gəlib.
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Şimali Makedoniya, Serbiya və Monteneqroya rəsmi işgüzar səfərinin ikinci hissəsi üçün onu müşayiət edən parlament nümayəndə heyəti ilə Serbiyanın paytaxtı Belqrad şəhərinə gəlib.
Şentopu Belqrad Nikola Tesla hava limanında Türkiyənin Belqraddakı səfiri Hami Aksoy və digər rəsmi şəxslər qarşılayıb.

Parlament sədri Şentop Serbiya Prezidenti Aleksandr Vuçiç və Baş nazir Ana Brnabiçlə görüşəcək.

M. Şentop daha sonra Serbiya Milli Məclisində həmkarı İvitsa Daçiç ilə görüşəcək və birgə mətbuat konfransı keçirəcək.



Әlaqәli Xәbәrlәr