Türkiyə Filippinə başsağlığı verib

Xarici İşlər Nazirliyi Filippinin mərkəzi və cənub bölgələrində təsirli olan "Odette" qasırğası ilə bağlı başsağlığı verib.

1749644
Türkiyə Filippinə başsağlığı verib

Xarici İşlər Nazirliyi Filippinin mərkəzi və cənub bölgələrində təsirli olan "Odette" qasırğası ilə bağlı başsağlığı verib.
Xarici İşlər Nazirliyindən verilən açıqlamada çox sayda insanın həyatını itirməsi və yüz minlərlə insanın evlərini tərk etməsinin üzüntü ilə qarışlandığına diqqət çəkilərək", “Həyatını itirənlərin yaxınlarına və dost Filippin xalqına və hökumətinə başsağlığı verir, yaralıların tezliklə sağalmasını arzulayırıq” deyilib.

Qeyd edək ki, Filippində “Rai” qasırğası nəticəsində ölənlərin sayı yenidən artıb.

Qasırğa 208 nəfərin ölümünə səbəb olub, azı 239 sakin yaralanıb, daha 52 nəfər itkin düşüb.

Mərkəzi Visayi regionunda - 129 nəfər, Qərbi Visayi regionunda - 22 nəfər, 10 nəfər Karaqa bölgəsində, 7 nəfər isə Şimali Mindanaoda ölüb.

Vyetnam Milli Hidrometeoroloji Proqnozlar Mərkəzinin məlumatına görə, tayfunun episentri Vyetnamın Bindin əyalətinə doğru hərəkət edir.

Qasırğanın 780 min nəfərə təsir etdiyi, 300 kəndin təxliyyə edildiyi ölkədə Filippin Przidenti Rodriqo Duterte 40 milyon dollarlıq yardım ediləcəyini elan edib.



Әlaqәli Xәbәrlәr