THY üç mükafata layiq görüldü

"Türk Hava Yolları" (THY) “Qlobal Səyyah Oxucu Anketləri”ndə “Ən yaxşı biznes sinfi”, “Ən yaxşı korporativ loyallıq proqramı” və “Ən yaxşı hava limanında yer xidməti” mükafatlarını qazanıb.

1747789

THY Mətbuat Xidmətindən verilən məlumata görə, dünyanın ən çox istiqamətinə uçuşlar həyata keçirən THY anketlərdə ardıcıl 5-ci dəfə “Ən Yaxşı Biznes Sinif Mükafatı”nı qazanaraq “Quint” statusunu qazanıb. 

THY, həmçinin ardıcıl 6-cı dəfə "Ən Yaxşı Hava Limanı Yer Xidməti" mükafatlarını və 4-cü dəfə "Ən Yaxşı Korporativ Sadiqlik Proqramı" mükafatlarını qazanıb.

İllik “Qlobal Səyyah Oxucu Anketləri” jurnalın oxucuları tərəfindən səsə qoyulur.

Bu il 18-ci dəfə təqdim edilən mükafatlarda dünyanın ən yaxşı hava yolları, sadiqliq proqramları, otel və səyahət xidmətləri də daxil olmaqla, ümumilikdə 80 kateqoriya üzrə tez-tez uçan oxucular da daxil olmaqla 22 min nəfər tərəfindən qiymətləndirilir.

Әlaqәli Xәbәrlәr