Türkiyə İtaliyaya başsağlığı verib

Xarici İşlər Nazirliyi İtaliyanın Siciliya adasında baş verən qaz partlayışı ilə bağlı başsağlığı verib.

1746383
Türkiyə İtaliyaya başsağlığı verib

Xarici İşlər Nazirliyi İtaliyanın Siciliya adasında baş verən qaz partlayışı ilə bağlı başsağlığı verib. 
Bununla bağlı verilən bəyanatda deyilir:
“Yaralananların tezliklə sağalmasını diləyir, dost və müttəfiq İtaliya hökumətinə və xalqına başsağlığı veririk".

Xarici İşlər Nazirliyinin bəyanatında "İtaliyanın Siciliya adasının Ravanusa qəsəbəsində qaz partlayışı nəticəsində çoxlu binanın dağıldığı və ya ziyan dəydiyi, dağıntılar altında qalanlar üçün axtarış-xilasetmə işlərinin davam etdiyi təəssüflə öyrənildi" deyilib.

Qeyd edək ki, İtaliyanın Siciliya adasındakı Ravanuza kommunasında binalardan birində baş verən qaz partlayışı nəticəsində 7 nəfər həlak olub.



Әlaqәli Xәbәrlәr