Yunanıstanda 201 Osmanlı nəşi, nəhayət, torpağa tapşırıldı

Qeyd edək ki, bu qəbiristanlıq tapılınca məlumatlandırılmadığı üçün Türkiyənin Xarici İşlər Nazirliyi reaksiya göstərmiş, işlərin dayandırılması və meyitlərin İslama uyğun şəkildə mərasimlə torpağa tapşırılmasını istəmişdi

1744879
Yunanıstanda 201 Osmanlı nəşi, nəhayət, torpağa tapşırıldı

 

  Yunanıstanda Osmanlı qəbiristanlığında tapılan və təxminən 10 aydır anbarda saxlanılan 201 meyit-skelet dekabrın 8-də İslam qaydalarına uyğun şəkildə dəfn edildi.

  2020-ci ilin fevral ayında Yunanıstanın Halkidiki rayonuna bağlı Qarqara kəndində idman meydançasının inşası zamanı Osmanlı qəbiristanlığı ortaya çıxmışdı. Qəbiristanlıqdan çıxarılan 201 qəbir aylarla iki anbarda saxlanılmışdı. Onlar Türkiyə rəsmilərinin səyləri nəticəsində 2021-ci il dekabrın 8-də İslam qaydalarına görə Qarqara kəndinin bələdiyyə qəbiristanlığına basdırıldı.

  Dəfn mərasimini Afina İslam məscidinin mollası Zaki Sidi Məhəmməd təşkil etmişdi.

  Qeyd edək ki, bu qəbiristanlıq tapılınca məlumatlandırılmadığı üçün Türkiyənin Xarici İşlər Nazirliyi reaksiya göstərmiş, işlərin dayandırılması və meyitlərin İslama uyğun şəkildə mərasimlə torpağa tapşırılmasını istəmişdi.



Әlaqәli Xәbәrlәr