Professor Doktor Şaban Teoman Durali vəfat etdi

Prezidentin Mədəniyyət və İncəsənət üzrə Böyük Mükafatının laureatı, professor Doktor Şaban Teoman Durali dünyasını dəyişib.

1744001
Professor Doktor Şaban Teoman Durali vəfat etdi

Noyabr ayında xərçəngdən müalicə olunmaq üçün iki əməliyyat keçirən 74 yaşlı Durali İstanbuldakı evində əbədiyyətə köçüb.

Türkiyə Radio Televiziya Qurumunun (TRT) TRT-2 kanalında “Fəlsəfə Sohbetleri” verilişinin aparıcısı Teoman Duralı müəllim 2000-ci ildə Çağdaş Qlobal Sivilizasiya adlı əsərinə görə Türkiyə Yazıçılar Birliyinin Araşdırma mükafatına layiq görülüb.

Prezident Rəcəb Tayyib Ərdoğan Prezident yanında Elm, Texnologiya və İnnovasiya Siyasəti Şurasının üzvü professor Doktor Şaban Teoman Duralinin vəfatı münasibəti ilə verdiyi başsağlığı mesajında: “Durali müəllim Türkiyənin intellektual dünyasının mühüm simalarından biri idi. Mərhum öz əsərləri, tələbələri, söhbətləri, ölkə daxilində və xaricdə gördüyü işlər ilə təfəkkür dünyamıza unudulmaz xidmətlər göstərib. Müəllimimizə Allahdan rəhmət ailəsinə, tələbələrinə və sevənlərinə başsağlığı verirəm”-deyə prezident qeyd edib.



Әlaqәli Xәbәrlәr