“Qadınlarımız bu imkana Avropadakı həmcinslərindən daha əvvəl qovuşub”, R.T.Ərdoğan

Türkiyə qadınının seçmə və seçilmə haqqını əldə etməsinin 87-ci ildönümü münasibətilə video-mesaj paylaşan Ərdoğan deyib...

1743200
“Qadınlarımız bu imkana Avropadakı həmcinslərindən daha əvvəl qovuşub”, R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin İstiqlal Müharibəsində (1919-1922) dastan yazan qadınlara seçmə və seçilmə haqqının bir çox Avropa ölkəsindən əvvəl verildiyini vurğuladı.

  Türkiyə qadınının seçmə və seçilmə haqqını əldə etməsinin 87-ci ildönümü münasibətilə video-mesaj paylaşan Ərdoğan deyib: "Qadınlarımızın bu imkana Avropadakı həmcinslərindən daha əvvəl qovuşması millətimizin qadınlara baxışını əks etdirən əhəmiyyətli bir göstəricidir.

  Qazi Mustafa Kamal Atatürk 1934-cü ildə qadınlara seçmə və seçilmə haqqını verərək ortaya böyük bir mövqe qoydu.

  Son 19 ildəki iqtidarları dövründə qadınlar bu haqlarından daha azad istifadə ediblər.

  Ayrı-seçkilik etmədən hər zaman qadınlarımızı gerçək mənada haqlarına, azadlıqlarına qovuşdurmaq üçün çalışırıq.

  Haqq və ədalət mübarizəsində qadınların yanında olmağı davam etdirəcəyik”.



Әlaqәli Xәbәrlәr