Türkiyə Əsəd rejiminin qondarma xalq məclisinin bəyanatına reaksiya verdi

Türkiyə Əsəd rejiminin qondarma xalq məclisinin Türkiyəni hədəf alan bəyanatını rədd edib.

1742284
Türkiyə Əsəd rejiminin qondarma xalq məclisinin bəyanatına reaksiya verdi

Türkiyə Əsəd rejiminin qondarma xalq məclisinin Türkiyəni hədəf alan bəyanatını rədd edib.

Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç Suriyada Bəşər Əsəd rejiminin qondarma xalq məclisini Türkiyənin ərazi bütövlüyünü hədəf alan həddsiz və qanunsuz bəyanatı qətiyyətlə rədd etdiklərini bildirib.

Tanju Bilgiç Əsəd rejiminin qondarma xalq məclisinin bəyanatı ilə bağlı suala yazılı cavab verib.

T. Bilgiç "Suriya xalqını heç bir şəkildə təmsil etməyən və demokratik legitimliyi olmayan Xalq Məclisinin ölkəmizin ərazi bütövlüyünü hədəf alan həddsiz və qanunsuz bəyanatını qətiyyətlə rədd edirik” ifadələrdən istifadə edib.

Bu cür bəyanatların illərdir öz xalqına zülm edən, yüz minlərlə günahsız insanın ölümünə, milyonlarla insanın öz yurd-yuvasından didərgin düşməsinə görə məsuliyyət daşıyan bir rejimin mənasız növbəti təzahürü olduğunu vurğulayan Tanju Bilgiç deyib:

"Türkiyə keçmişdə olduğu kimi, bu gün də, gələcəkdə də vətən torpaqlarına göz qoyan xain əməllərə və milli maraqlarına qarşı hər cür təhdidə cavab vermək əzminə və qətiyyətə sahibdir”.



Әlaqәli Xәbәrlәr