Mövlud Çavuşoğlu İsveçdə bu ölkənin XİN başçısı ilə görüşüb

Xarici işlər naziri Mövlud Çavuşoğlu İsveçdə xarici işlər naziri Ann Linde ilə görüşüb.

1742057
Mövlud Çavuşoğlu İsveçdə bu ölkənin XİN başçısı ilə görüşüb

Xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının 28-ci iclasında iştirak etmək üçün getdiyi İsveçdə xarici işlər naziri Ann Linde ilə görüşüb.

Mövlud Çavuşoğlu sosial media hesabından Linde ilə görüşü ilə bağlı “Biz günə ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde ilə görüşlə başladıq. Görüşdə Əfqanıstan və Ukrayna da daxil olmaqla ATƏT-in coğrafiyasında baş verənləri müzakirə etdik” deyib.

Nazir Çavuşoğlu bundan əvvəl İsveçdə Avropa İttifaqının Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell və Belarus xarici işlər naziri Vladimir Makey ilə görüşüb.



Әlaqәli Xәbәrlәr