"Sinop Ayancık Terminal körpüsünü rekord müddətdə tamamladıq", R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Sinop Ayancık Terminal körpüsünün açılış mərasiminə video müraciət ünvanlayıb.

1740197
"Sinop Ayancık Terminal körpüsünü rekord müddətdə tamamladıq", R.T.Ərdoğan

"110 metr uzunluğundakı Sinop Ayancık Terminal körpüsünü 80 gündə rekord müddətdə tamamladıq və bu gün açılışa hazır vəziyyətə gətirdik".

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan Sinop Ayancık Terminal körpüsünün açılış mərasiminə ünvanladığı video müraciətində deyib.

Cari il dünyanın müxtəlif yerlərində olduğu kimi Türkiyədə də dağıntılara, can və mal itkilərinə səbəb olan təbii fəlakətlərin baş verdiyini xatırladan Ərdoğan deyib:

“Yeni növ koronavirus (Covid-19) epidemiyası ilə mübarizəmizi davam etdirərkən, sel, zəlzələ və yanğın fəlakətləri ilə də mübarizə apardıq. Biz xalqımıza bizim kimi fəlakətlərə məruz qalan Avropa və Amerikadan daha tez və daha təsirli kömək etdik. Fəlakətin baş verdiyi ilk andan bütün imkan və qurumlarımızla bacı-qardaşlarımızın yanında olmuşuq. Fəsadların aradan qaldırılması və fəlakət zonalarını bərpa etmək üçün hər cür səy göstərmişik.

Avqustun 11-də baş verən sel fəlakətindən sonra dağılanların yerinə daha yaxşı və daha güclü binaların tikiləcəyinə söz verdiklərini xatırladan Ərdoğan "Bu gün Sinopda bu vədi yerinə yetirməkdən qürur duyuruq" deyib.

110 metr uzunluğundakı Terminal körpüsünü 80 gündə rekord müddətdə tamamladıqlarını və açılışa hazır vəziyyətə gətirdiklərini ifadə edən Ərdoğan digər layihələrlə bağlı prosesləri də yaxından izlədiklərini bildirib.



Әlaqәli Xәbәrlәr