Ərdoğan Türkiyənin BƏƏ, İsrail və Misir addımlarından danışdı

Türkmənistan səfəri dönüşündə təyyarədə jurnalistlərin suallarını cavablandıran Ərdoğan deyib...

1740317
Ərdoğan Türkiyənin BƏƏ, İsrail və Misir addımlarından danışdı

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin Türkiyəyə 10 milyard dollarlıq sərmayə planı təqdim etdiyini bildirərək "Bunu tətbiq edərək fərqli bir gələcəyi inşa edəcəyik, gözəl inkişaflar olacaq" dedi.

  Türkmənistan səfəri dönüşündə təyyarədə jurnalistlərin suallarını cavablandıran Ərdoğan deyib: “Son illər istənilən səviyyədə olmayan Türkiyə-BƏƏ əlaqələrində gözəl proseslər baş verir.

  BƏƏ Türkiyədə sərmayə qoymağa hazır olduğunu bildirib.

  Vəliəhd şahzadə Şeyx Məhəmməd ibn Zayed əl-Nahyan 24 noyabrdakı Türkiyə səfərində iki ölkə arasında bağlanılan müqavilələr əlaqələrdə yeni bir dövrün başlanmasına vəsilədir.

  Fevral ayında mənim Birlə.miş Ərəb Əmirliklərinə səfərim olacaq. Məndən əvvəl isə ya Xarici işlər naziri, ya da Milli Kəşfiyyat Təşkilatı rəisinin səfərlərinin olması planlaşdırılır. Fevralda isə inşaallah, mən geniş tərkibli bir heyətlə gedəcəyəm və birlikdə bir sıra güclü addımlar atacağıq.

  10 milyard dollarlıq bir sərmayə planı təqdim etdilər. Bu sərmayə planını tətbiq etməklə fərqli bir gələcəyi inşa edəcəyik. Gözəl inkişaflar olacaq".

  İsrail və Misirə səfir təyin etməklə bağlı Türkiyə prezidenti bunları söyləyib: "Qərar verən kimi, təbii ki, səfirləri də göndərəcəyik. Bu ölkələrdə hal-hazırda müşavir səviyyəsində atılmış addımlar var. BƏƏ ilə necə addımlar atıldısa, digərləriylə də bənzər addımları atacağıq”.

  Ərdoğan Ukrayna ilə Rusiya arasında yaşanan problemlərə də münasibət bildirərək deyib: "Ukrayna ilə Rusiya arasındakı gərginliklə bağlı bizim münasibətimiz müəyyəndir. Biz xüsusilə, başda Krım türkləri üçün də olmaqla bölgədə bir sülhün bərqərar olması tərəfdarıyıq. Rusiya prezidenti Vladimir Putinlə bu mövzunu bu şəkildə dəfələrlə müzakirə etdik və edirik."



Әlaqәli Xәbәrlәr