Türkiyə Somalidəki terror hücumunu kəskin şəkildə qınadı

Türkiyə Xarici İşlər Nazirliyindən edilən şərhdə bildirilir...

1738746
Türkiyə Somalidəki terror hücumunu kəskin şəkildə qınadı

 

  Türkiyə Somalinin paytaxtı Moqadişudakı bir məktəbin qarşısında törədilən və çox sayda adamın ölümünə səbəb olan terror hücumunu kəskin şəkildə qınadı.

  Türkiyə Xarici İşlər Nazirliyindən edilən şərhdə bildirilir: “Moqadişunun Hodan məhəlləsindəki bir məktəbin qarşısında səhər saatlarında ən az 8 nəfərin ölümü və çox sayda adamın yaralanmasına səbəb olan bombalı hücumdan dərin kədər duyuruq. Bu mənfur terror hücumunu şiddətlə qınayır, dost və qardaş Somali hökuməti və xalqına başsağlığı verir, hücumda həyatlarını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik.

  Türkiyə terrorla mübarizədə Somalinin yanında durmağa davam edir”.

  Qeyd edək ki, Somali Polisi şəhərdə Afrika Birliyi Somali Missiyası (AMİSOM) yük maşının keçdiyi sırada bombalı hücum törədildiyini, hadisə zamanı 8 adamın həyatını itirdiyini, 23 nəfərin yaralandığını açıqlayıb.

  Hücumun məsuliyyətini eş-Şebab təşkilatı boynuna götürüb.

  Eş-Şebab Somalidə tez-tez təhlükəsizlik qüvvələri və vətəndaşları hədəfə alan hücumlar təşkil edir.



Әlaqәli Xәbәrlәr