Türkiyə yenidən UNESKO İcra Şurasının üzvü seçildi

Türkiyə yenidən Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESKO) İcraiyyə Şurasının üzvü seçilib

1735384
Türkiyə yenidən UNESKO İcra Şurasının üzvü seçildi

 

Türkiyə yenidən UNESKO İcra Şurasının üzvü seçildi

"TRT Haber" xəbər verir ki,  bu barədə Xarici İşlər Nazirliyindən məlumat yayılıb. Bildirilib ki, 2017-2021-ci illər arasında  YUNESKO-nun İcraiyyə Şurasının üzvü olan Türkiyə, ötən gün keçirilən seçkilərdə yenidən seçilərək 2021-2025- illər arasında şuranın üzvü kimi vəzifə icra edəcək. Türkiyənin YUNESKO-nun məqsəd və ideallarını mənimsədiyi və təşkilata bütün səviyyələrdə fəal dəstək verdiyi  ifadə edilən açıqlamada , bundan sonra da İcraiyyə Şurasının üzvü kimi YUNESKO-nun fəaliyyət və dəyərlərinin güclənməsinə töhfə verməkdə davam edəcəyi vurğulanıb. Növbəti dəfə YUNESKO-nun İcraiyyə Şurasının üzvü seçilməsinin isə əvvəlki dövrdəki fəal və uğurlu fəaliyyətinin, təhsil, elmə və mədəni dəyərlərə verdiyi töhfələrin nəticəsi olduğuna diqqət çəkilib.

Qeyd edək ki, İcraiyyə Şurası 58 üzv ölkədən ibarətdir. 4 il müddətinə seçilən komitə isə ildə iki dəfə toplanır.



Әlaqәli Xәbәrlәr