Hulusi Akar: “Türkiyə Silahlı Qüvvələrinin inventarında heç bir kimyəvi silah yoxdur”

Milli müdafiə naziri Hulusi Akar Milli Müdafiə Nazirliyinin 2022-ci il büdcəsi ilə bağlı iclaslarda millət vəkillərinin suallarını cavablandırıb.

1734811
Hulusi Akar: “Türkiyə Silahlı Qüvvələrinin inventarında heç bir kimyəvi silah yoxdur”

“Türkiyə Silahlı Qüvvələrinin inventarında heç bir kimyəvi silah yoxdur”. 

Bunu milli müdafiə naziri Hulusi Akar Türkiyə Böyük Millət Məclisinin (TBMM) Plan və Büdcə Komiyasında Milli Müdafiə Nazirliyinin 2022-ci il büdcəsi ilə bağlı iclaslarda millət vəkillərinin suallarını cavablandırarkən deyib.

H. Akar kimyəvi silah iddialarına belə cavab verib:

"Türkiyə Silahlı Qüvvələrinin inventarında Türkiyə Silahlı Qüvvələrində qətiyyən, heç vaxt, heç bir formada qaz və ya kimyəvi silah yoxdur. Belə bir şey yoxdur. Nə alınıb, nə də gizlədilib. Mütəxəssislər tərəfindən də nəzər salındıqda Türkiyədə və Türkiyə Silahlı Qüvvələrinin tərkibində belə bir şeyin olmadığı çox aydın görülmüşdür. Ancaq Türkiyə Cümhuriyyəti, Türkiyə Silahlı Qüvvələri tərəfindən aparılan terrorla mübarizəyə ləkə yaxmaq üçün vaxtaşırı bu cür iddialar təkrarlanır. Bu iddiaların heç bir əsası yoxdur".



Әlaqәli Xәbәrlәr