"Can Azərbaycan tək deyil, tək də olmayacaq”, M.Çavuşoğlu

Türkiyədə rəsmi səfərdə olan Bahreyn Xarici işlər naziri Əbdüllətif ibn Rəşid əl-Zayani ilə paytaxt Ankarada təşkil edilən ortaq mətbuat konfransında çıxışı zamanı Çavuşoğlu deyib...

1735318
"Can Azərbaycan tək deyil, tək də olmayacaq”, M.Çavuşoğlu

 

  Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan-Ermənistan gərginliyi ilə əlaqədar "Can Azərbaycan tək deyil, tək də olmayacaq. Azərbaycanı tək buraxmarıq. Ermənistanın təxribatları Azərbaycan torpaqlarında terror hücumudur" deyib.

  Türkiyədə rəsmi səfərdə olan Bahreyn Xarici işlər naziri Əbdüllətif ibn Rəşid əl-Zayani ilə paytaxt Ankarada təşkil edilən ortaq mətbuat konfransında çıxışı zamanı Çavuşoğlu deyib: "Azərbaycan Ermənistana geniş bir sülh müqaviləsi təklif etdi. Yəni müharibəni qazanan və güclü olan tərəf bunu edir. Ermənistan isə atəşkəsdən sonra Azərbaycan torpaqlarına əsgərlərini sızdıraraq əsgərimizə hücum etdi. Bu mövqe səhvdir.

  Bölgənin sabitliyi barış üçün birlikdə addım atacağıq. Ermənistan buna varsa, biz də varıq. Təxribatlarla isə ancaq itirər."



Әlaqәli Xәbәrlәr