Mövlud Çavuşoğlu Livanda görüşlərini davam etdirir

Xarici işlər naziri Mövlud Çavuşoğlu rəsmi səfərlə getdiyi Livanın paytaxtı Beyrutda Prezident Mişel Avn tərəfindən qəbul edilib.

1734668
Mövlud Çavuşoğlu Livanda görüşlərini davam etdirir

Xarici işlər naziri Mövlud Çavuşoğlu rəsmi səfərlə getdiyi Livanın paytaxtı Beyrutda Prezident Mişel Avn tərəfindən qəbul edilib.

Livan prezidenti Avn "Twitter" hesabından nazir Çavuşoğlu ilə Baabda sarayında görüşdüyünü qeyd edib. 

Çavuşoğlu Avn ilə görüşündən sonra jurnalistlərə qısa məlumat verib.

"Cənab prezidentlə Türkiyə ilə Livan arasında münasibətləri necə yaxşılaşdıra biləcəyimizi danışdıq. Yeni hökumətin yaradılması münasibətilə onu təbrik etdim. 22 noyabrın Livanın Milli Günü olması münasibətilə də onu əvvəlcədən təbrik etdim"-deyə Çavuşoğlu qeyd edib. 

Nazir Çavuşoğlu daha sonra Livan parlamentinin sədri Nebih Berri tərəfindən qəbul edilib.

Çavuşoğlu bildirib ki, Livandakı rəsmi təmasları çərçivəsində baş nazir Nacib Mikati və xarici işlər naziri Abdullah Buhabib ilə də görüşəcək.

M. Çavuşoğlu noyabrın 15-də getdiyi Beyrutda ilk olaraq Livanın İqtisadiyyat naziri Emin Selam ilə görüşüb.

"Livanla əməkdaşlığımız onun iqtisadi sabitliyi üçün davam edəcək"-deyə o vurğulayıb.



Әlaqәli Xәbәrlәr