Xarici işlər naziri Mövlud Çavuşoğlu sabah Livana səfər edəcək

Xarici İşlər Nazirliyindən Çavuşoğlunun   səfərinə və  bu  ölkədə  keçirəcəyi görüşlərə dair məlumat  yayılıb.

1733945
Xarici işlər naziri Mövlud Çavuşoğlu sabah Livana səfər edəcək

Bildirilib ki, Çavuşoğlunun sözügedən  ölkəyə  reallaşdıracağı  səfər  çərçivəsində   baş tutacaq  danışıqlarda  Livan ilə ikitərəfli əlaqələrin müxtəlif sahələrdə daha da inkişaf etdirilməsi üçün atılası  addımlar,  regional  və  beynəlxalq   məsələlər   müzakirə    olunacaq.  Nazir Çavuşoğlu səfəri  zamanı Livanın xarici işlər naziri Şerbil Vehbe ilə  bir  araya  gələcək.  Livan prezidenti Mişel Avn, parlament sədri Nebih Berri və baş nazir Necip Mikati tərəfindən qəbul ediləcək. 



Әlaqәli Xәbәrlәr