M.Çavuşoğlu: “Ailə məclisimizin adı Türk Dövlətləri Təşkilatı olacaq”

Xarici işlər naziri Mövlud Çavuşoğlu: “Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şurası) dövlət başçılarının 8-ci zirvə toplantısında əhəmiyyətli qərarlar qəbul ediləcək”.

1732641
M.Çavuşoğlu: “Ailə məclisimizin adı Türk Dövlətləri Təşkilatı olacaq”

Xarici işlər naziri M.Çavuşoğlu İstanbulda keçirilən Türk Şurası sammitinin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib.

Türk dünyasının müştərək təşkilatının qlobal markaya çevrildiyini ifaedə edən Çavuşoğlu: “Bu uğur hamımıza məxsusdur. İndi dəyişən dünya ilə uyğunlaşmaq üçün mühüm transformasiya ərəfəsindəyik. Biz eyni kökdən qidalanan nəhəng ağacın müxtəlif budaqları olduğumuzu unudmayaraq gücümüzü birləşdirdikcə beynəlxalq gücümüz də artacaq. Əcdadımızın yurdu olan Asiya dünya siyasətinin əhəmiyyətli mərkəzinə çevrilib. Bu səbəblə də Türk Şurasının önəmi və öhdəlikləri artıb. Sabah keçiriləcək zirvə toplantısında tarixi qərarlar qəbul ediləcək. İlk növbədə, qardaş Türkmənistanın müşahidəçi statusunda iştirakı ilə bu il ailə şəklimiz tamamlanacaq. Əziz qardaşım Türkmənistanın xarici işlər naziri Raşit Meredovun simasında Türkmənistanı salamlayır və xoş gəldin deyirəm. İkincisi isə Ailə məclisimizin adını “Türk Dövlətləri Təşkilatı” olaraq dəyişəcəyik”- Çavuşoğlu vurğulayıb.



Әlaqәli Xәbәrlәr